Babacandan namizəd açıqlaması: “10 gün daha uzana bilər”

Babacandan namizəd açıqlaması: “10 gün daha uzana bilər”

Türkiyədə “Millət İttifaqı”nın prezidentliyə namizədinin kim olacağı gündəmin ən çox müzakirə olunan mövzuları sırasındadır.

Cebhe.info xəbər verir ki, “altılı masa”nın namizədini 13 fevralda açıqlayacağı bildirilib.

Hətta Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da bunu təsdiqləyib.

Lakin İYİ Partiya sözügedən məlumatdan xəbərsiz olduqlarını açıqlayıb.

Onun ardınca isə Demokratiya və Sıçrayış Partiyasından da (DEVA) fərqli reaksiya gəlib.

Belə ki, DEVA Partiyasının sədri Əli Babacan “Halk TV”-də qonaq olarkən namizədi açıqlayacaqları tarixdən danışıb.

O, sözügedən tarixin 13 fevral olmaya biləcəyini də bildirib:

“Biz “altılı masa” olaraq namizədimizi 13 fevralda açıqlamaq istəyirik. Bu bizim niyyətimizdir, amma hədəfimiz deyil. Yəni 13 fevrala qədər bu prosesi bitirsək, yaxşı olar deyə düşünürük. Namizədin müəyyən olunması və açıqlanma prosesi 1 həftə və ya 10 gün daha uzana bilər. Nəticədə 30 martadək vaxtımız var. Namizədin açıqlanması ilə bağlı məsələdə gecikdiyimizi də düşünmürəm”.

Elmir Mustafa
Cebhe.info