Bağçalıdan Ərdoğanın namizədliyi ilə bağlı AÇIQLAMA

Bağçalıdan Ərdoğanın namizədliyi ilə bağlı AÇIQLAMA

Türkiyənin müxalif cameəsində davamlı olaraq Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizəd ola bilməyəcəyi ilə bağlı açıqlamalar verilir.

Cebhe.info xəbər verir ki, onların bu iddiasına Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı da cavab verib.

O, Ərdoğanın namizədliyi ilə bağlı heç bir şübhənin olmadığını bildirib:

“Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizəd olması Konstitusiyaya uyğundur. Yeni sistemdə Prezident vəzifəsinin statusu dəyişib. Prezident idarə-üsulunda 1 dönəm səlahiyyətlərini icra edən Ərdoğanın yenidən namizəd ola bilməyəcəyini demək ciddi xətadır”.

Bağçalının sözlərinə görə, Konstitusiyadakı 2 dəfə seçilmə qaydası yeni sistem üçün keçərlidir:

“Yeni sistemdə bu səlahiyyətə sahib Prezident üçün 2 dəfə seçilə bilər şəklində dəyərləndirilməlidir. Yəni Rəcəb Tayyib Ərdoğan prezident üsul-idarəsində bu səlahiyyətlərlə sadəcə 1 dəfə seçilib. Onun ikinci dönəm üçün namizəd olmaması da müzakirə mövzusu deyil. Ərdoğanın millətin iradəsi ilə 14 mayda yenidən seçiləcəyinə olan inancımız da tamdır”.

Elmir Mustafa
Cebhe.info