Baş prokuror: "AZAL təyyarəsi ilə birgə araşdırmalar aparırıq"

AZAL təyyarəsinin Aktauda qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiyanın müvafiq qurumları, hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır: “Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqi aparılacaq və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görüləcək”.
"Cebheinfo.az"