Ceyhun Bayramov bu gün BMT-nin sessiyasında çıxış edəcək

Ceyhun Bayramov bu gün BMT-nin sessiyasında çıxış edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasında çıxış edəcək.

O, bu sessiya çərçivəsində ikinci dəfə BMT kürsüsündən beynəlxalq ictimaiyyətə səslənəcək.

C. Bayramov BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də Qarabağla bağlı keçirilən iclasında çıxış edib.

Qeyd edək ki, nazir ABŞ-ın Nyu-York şəhərində səfərdədir.

Xatırladaq ki, Baş Assambleya 1945-ci ildə yaradılıb və BMT-nin əsas məsləhətçi, siyasət və nümayəndəlik orqanıdır və hazırda BMT-yə üzv olan 193 ölkənin BMT baş Assambkeyasında da təmsil olunur. Assambleyanın əsas iclası hər ilin sentyabr ayların keçirilir.

Cebhe.info