Əli Kərimli və göstərişçilərinin uğursuz cəhdi

Əli Kərimli və göstərişçilərinin uğursuz cəhdi

Azərbaycanda qlobal əhəmiyyətli iqlim sammiti- COP29 keçirilir.

Beynəlxalq konfransa hazırlıq zamanında olduğu kimi, keçirildiyi ərəfədə də ölkəmizə qarşı çirkin kampaniya davam edir. 

Dünyanın bır sıra mətbu orqanları bu kampaniyaya qoşulur, təbii ki, aldıqları sifarişi yerinə yetirmək üçün onlara yaradlan hərtəfərli şəraitdən yararlanırlar. Dünyanın qlobal güclərinin suveren, güclü, diqtəolunan yox, diqtəedən Azərbaycanı görmək istəməməsi təbii qarşılana bilər. Ona görə də 30 il ərzində ikili standartlarla mübarizə aparan və sonda öz ədalətini özü təmin edən dövlətimiz üçün bu, qətiyyən yenilik deyil. Bundan sonra da bu qəbildən kampaniyalara hazırdır, çünki bu, nə ilkdir, nə də son olacaq.

Xaricdən Azərbaycana qarşı basqıların artması ilə eyni zamanda daxildən bəzi qüvvələrin dövlətin, xalqın, dövlətçiliyin yanında deyil, ölkəmizə qarşı olanların yanında yer alması da təəccüblü deyil. Bəllidir ki, onlar üçün əsas olan dövlət, xalq marağı deyil, şəxsi maraqlardır, bu maraqları təmin edən qüvvələrin hansı mövqedə dayanmasından, hansı marağı güdməsindən asılı olmayaraq, aldıqları sifarişi can-başla yerinə yetirirlər. Xaricdən maliyyələşən bu qüvvələr bütün şərtləri yerinə yetirməyə hazır olduqlarını dəfələrlə göstəriblər. 

Azərbaycana qarşı təşkil olunan bütün kampaniyalarda Əli Kərimli yer alır.

Onun hədəfi Azərbaycanın inkişafı və güclü, qüdrətli olması yox, öz məqsədlərinə çatmaqdır. Əslində onun siyasi meydanda təklənməsinin də səbəbi budur. Doğrudan da Əli Kərimli demokratiya, insan hüquqlarını düşünən, digər demokratik təsisatlarını dərdinə qalan olsaydı, hamı onunla bir olardı.

Amma Kərimlini siyasi arenada olan hər kəs yaxşı və yaxından tanıyır. Onun maraqlarının dairəsini də yaxşı bilirlər. Ona görə də Əli Kərimli bu gün siyasi meydanda təklənib. Ümidi Gültəkin Hacıbəyliyə qalıb. Gültəkin Hacıbəyli isə hətta deputat olduğu dövrlərdə belə siyasi arenanın bəlkə də mininci qatında olub, ya olmayıb.

Azərbaycanın dünya səviyyəli bir tədbirə ev sahibliyi etdiyi zamanda Əli Kərimli antidövlət hərəkətlərindən, sosial şəbəkə statuslarından əl çəkmir. Hər imkandaca dövlətə zərbə vurmağa çalışır. 

Məhz dövlətə zərbə! 

Bu gün Kərimlinin etdikləri dövlətə zərbədir. Azərbaycanla bağlı yazılan hər cümləni belə konteksdən çıxararaq sosial şəbəkə hesablarında statuslara çevirərək paylaşır, dövləti aşağılamağa çalışır. Siyasət adamı, dövlətin gələcəyini və qüdrətini düşünən siyasətçi belə olmur.

Onlarla nümunə çəkə bilərik ki, dövlətə qarşı xarici basqı olanda, müxalifət və iqtidarlar arasında hansı münasibətlər yaranır, onlar həmin basqılara qarşı necə birlikdə mübarizə aparırlar. 
Əli Kərimli isə suda boğulduğundan, saman çöpünə də əl atır. Onu dəstəkləməyən xalqdan dövlətinə zərbə vurmağa cəhdlə qisas alır. 

Bu dəfə də Böyük Britaniyanın “Global Witness” insan haqları təşkilatının araşdırmaçılarınını gizli videoçəkilişini yayan BBC materialından istifadə etməyə çalışır. 

Bu materialın gizli çəkilməsini bir tərəfə qoyuruq, heç məhkəmələr belə gizli çəkilişi sübut kimi qəbul etmir. İndi belə bir gizli çəkilişin  Əli Kərimliyə hansı faydasının olacağını bəlkə heç AXCP sədri özü də bilmir. Amma harada Azərbaycan əleyhinə bir cümlə görürsə, onu sevincək paylaşmaq, onu az qala “hakimiyyətin sonu” kimi şərh etmək şakərindən özünü saxlaya bilmir. 

Əli Kərimli bəlkə də elə bilir ki, COP29 konfransı və Azərbaycan elə bu sammitlə dünyadakı iqlim problemini həll edəcək və ya etməlidir. BMT-nin, dünyanın supergüclərinin əvəzində qərar verməlidir və s. 

BMT-nin bu istiqamətdə 29-cu tədbiridir. Bu konfranslar 28 dəfə müxtəlif ölkələrdə keçirilirb. Bu ölkələrin sırasında Almaniyadan, Böyük Britaniyadan Yaponiyaya qədər bir çox ölkələr yer alır. O ölkələr neft-qaz istehlakçısı olmaqdan imtina edibmi? 

Bu, növbəti və 29-cu tədbirdir və Azərbaycanda keçirilir. Təkcə Azərbaycanın neftdən, qazdan imtina edərək, dünyada təkbaşına yaşıl enerjiyə keçməsi ilə dünyanın iqlim dəyişiklikləri problemi düzələcəkmi? Əli Kərimli bunu bilmirmi? Bilirsə, indi etdikləri, hər addımda Azərbaycan dövlətini şantaj etməsi xalqa və onun dövlətçiliyinə zərbə vurmaq cəhdidir. Bilmirsə , öyrənmək hələ də gec deyil...

Təbii ki, Azərbaycana qarşı indiki kampanya erməni təəssübkeşliyi və həmin güclərin regionda öz maraqlarının təmininə xidmət edir. Həmin güclər Ermənitanla, Gürcüstanla davrandıqları kimi Azərbaycanla davranmaq imkanı qazansalar, başlatdıqları bütün kampaniyanı dayandırıb “qılıncın o biri başını” çevirəcəklər.

O zaman nə Əli Kərimli, nə Gültəkin Hacıbəyli, nə Cəmil Həsənlinin dediklərinin, yazdıqlarının bir önəmi qalacaq. 

“Cebheinfo.az”