Ermənistanda ajiotaj: Azərbaycanlılar Qarabağdan sonra Zəngəzura qayıdır

Ermənistanda ajiotaj: Azərbaycanlılar Qarabağdan sonra Zəngəzura qayıdır

Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda dinləmələrin keçirilməsi Ermənistanda böyük ajiotaj yaradıb.

Cebhe.info xəbər verir ki, erməni mətbuatı bunu Qərbi Azərbaycana qayıdışa hazırlıq kimi təqdim edirlər.

“Bakıda Qərbi Azərbaycan dedikdə Ermənistan ərazisi, ilk növbədə Zəngəzur nəzərdə tutulur”,-deyə erməni mətbuatı yazır.

Bununla bağlı məqalələrdə həmçinin dinləmələr çərçivəsində Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası ilə bağlı cinayət işlərinin başlanacağına xüsusi diqqət çəkilib.

Dinləmədə “Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlər arasında Ermənistan və onların himayədarlarının Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı əsrlər boyu törətdiyi cinayətlərin müəyyən edilərək sübuta yetirilməsi, günahkarların beynəlxalq standartlara uyğun məsuliyyətə cəlb edilməsi mühüm rol oynayır”, - deyən baş prokurorun müavini Elmar Camalovun sözlərindən sitat gətirilir.

Xəzər
Cebhe.info