“Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri əsassızdır”

“Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri əsassızdır”

“Ermənistanın Azərbaycanı günahlandırmaq cəhdləri əsassızdır”.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında bildirib.

“Ermənistan özü beynəlxalq öhdəliklərə nümayişkəranə şəkildə əməl etməməsi Azərbaycanın bu tədbirləri (antiterror) görməsini qaçılmaz etdi. Azərbaycan, Rusiya Federasiyası və Ermənistannın 10 noyabr 2020-ci il bəyanatının Azərbaycan tərəfindən pozulmasına dair Ermənistanın ölkəmizi günahlandırmaq cəhdləri əsassızdır. Tam əksinə Ermənistan özü qeyd olunan sənəddə Ermənistan qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndinin öhdəliklərinə açıq şəkildə əməl etməyib”, - deyə Bayramov bildirib.

Cebhe.info