Əskişəhər Azərbaycanlıları Dərnəyi Rəsulzadənin məzarını ziyarət edib - FOTOLAR

Əskişəhər Azərbaycanlıları Dərnəyi Rəsulzadənin məzarını ziyarət edib - FOTOLAR

Əskişəhər Azərbaycanlıları Dərnəyi mayın 28-də Ankaradakı Cebeci Əsri qəbiristanlığında Azərbaycan Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin məzarını və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıtqəbrini ziyarət edib. 

Bu barədə məlumatı “Cebhe.info”-ya Əskişəhər Azərbaycanlıları Dərnəyinin rəhbəri Cavid Aydın bildirib. 

O deyib ki, Azərbaycan Müstəqillik Günü münasibətilə “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyi ilə birgə proqram təşkil edib. 

Xəzər
“Cebhe.info”