Hikmət Hacıyev xarici nəşrə antiterror tədbirlərindən DANIŞDI

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyaya bağlı "politico.eu" saytına açıqlama verib.
Cebhe.info-nun məlumatına görə, H. Hacıyev Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlanmasından danışıb:
O, məqsədin qanunsuz hərbi infrastrukturu zərərsizləşdirmək olduğunu deyib və əlavə edib ki, yerli erməni əhalisinə terrorla mübarizə tədbirləri barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilib.
“Onlardan qanuni hərbi hədəflərdən uzaq durmaq xahiş olunub”, - Hikmət Hacıyev bildirib.
Cebhe.info