İranlı general Azərbaycan və Ermənistanla bağlı hesabat verib

İran İslam Respublikası Qafqazdakı hadisələri diqqətlə izləyir.
Cebhe.info xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının nümayəndəsi Əbülfəzl Amuli bildirib.
O əlavə edib ki, İran müdafiə diplomatiyası vasitəsilə milli təhlükəsizlik narahatlıqlarını rəhbər tutur.
Amulinin sözlərinə görə, İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının beynəlxalq əməkdaşlıq üzrə müavini, briqada generalı Məhəmməd Əhədi Azərbaycan və erməni həmkarları ilə İranın rabitə və müdafiə əlaqələri haqqında hesabat təqdim edib.
İran xarici işlər nazirinin köməkçisi Müctəba Dəmirçi da İranın Ermənistan və Azərbaycanla ikitərəfli əlaqələrindən danışıb.
O qeyd edib ki, komissiyanın iclası zamanı iştirakçılar bu regionun beynəlxalq və geosiyasi sərhədlərinin dəyişdirilə bilməyəcəyini və heç bir halda məqbul olmayacağını vurğulayıblar.
Xəzər
Cebhe.info