İslamabadda XİN başçılarının görüşü keçirilir - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun pakistanlı həmkarı ilə təkbətək və geniş tərkibli görüşü olub.
"Cebhe.info" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, XİN rəhbəri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşdə müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıb.
Tərəflər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində hədəfləri bölüşüblər.
"Görüşlərdə regional və qlobal səviyyədə hər iki ölkənin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub", - XİN-dən bildirilib.
***
10:23
İslamabadda xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.
Bu barədə Pakistan XİN məlumat yayıb.
Görüş çərçivəsində iki tərəfli əlaqələrin və regional məsələlərin müzakirəsi nəzərdə tutulub.
"Cebhe.info"