İsraildə Azərbaycan səfirliyinin açılışı olub - VİDEO

İsraildə Azərbaycan səfirliyinin açılışı olub - VİDEO

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilir.

APA-nın İsrailə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İsrailin xarici işlər naziri Eli Kohen, İsrailin kəşfiyyat naziri Gila Gamliel, Azərbaycan Milli Məclisinin bir qrup deputatı iştirak edir.

Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.

Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib. O, etimadnaməsini İsrail Prezidentinə təqdim edib.

Cebhe.info