Kobaxidze: "Azərbaycan Prezidenti ilə məhsuldar danışıqlar apardıq"

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar danışıqlar apardığını bildirib.
O, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası çərçivəsində Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Biz ikitərəfli və regional məsələlər üzrə məhsuldar dialoq apardıq və strateji tərəfdaşlığımızın əhəmiyyətini vurğuladıq", - o qeyd edib.
İ.Kobaxidze bu görüşün iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və ümumi məqsədlərə nail olmağa yol açacağına əminliyini ifadə edib.
“Cebheinfo.az”