Matvienko Bakı səfərindən danışdı: “Biz açıq, səmimi danışdıq”

Matvienko Bakı səfərindən danışdı: “Biz açıq, səmimi danışdıq”

“Moskva Azərbaycanın Rusiya Federasiyası ilə çoxşaxəli əməkdaşlığı davam etdirmək və müttəfiqlik münasibətləri qurmaq əzmində olduğuna əmin olub”. 

"Cebheinfo.az" “RİA "Novosti"-yə istinadən xəbər verir ki, bunu Federasiya Şurasının sədri Valentina Matvienko deyib.

“Biz Azərbaycanın Rusiya ilə çoxşaxəli əməkdaşlığı davam etdirmək əzminə tam aydın əminlik almışıq. Biz açıq danışdıq, səmimi danışdıq, bu gün cari gündəmdəki aktual məsələləri müzakirə etdik. Tam əminliklə demək istəyirəm ki, Rusiya kimi, Azərbaycan da eyni yüksək səviyyəli, müttəfiqlik, tərəfdaşlıq, mehriban qonşuluq və qarşılıqlı hörmət münasibətləri qurmağa davam etmək əzmindədir”, - Matviyenko Azərbaycana rəsmi səfərinin yekunlarına dair bildirib.

Xəzər
“Cebheinfo.az”