Misirin Baş müftisi Dini Liderlərin Bakı sammitində iştirak edəcək

Misirin Baş müftisi Dini Liderlərin Bakı sammitində iştirak edəcək

Misirin Baş müftisi Nazir Mohammed Əyyad noyabrın 5-6-da Bakıda keçiriləcək Dini Liderlərin Ümumdünya Sammitində iştirak edəcək.

“Report” bu barədə ərəb KİV-inə istinadən xəbər verir.

“Bakıda keçirilən bu sammit vasitəsilə biz dini liderlərlə dialoqu genişləndirməyə və vahid mövqenin formalaşdırılması üzərində işləyəcəyik, diqqəti ətraf mühitin qorunmasına yönəldərək, bəşəriyyəti təhdid edən münaqişələrə və müharibələrə son qoymağa çağıracağıq”, - müfti Bakıya yola düşməzdən əvvəl bildirib.

Qeyd edək ki, noyabrın 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək.

"Cebheinfo.az"