Milli Məclis Azərbaycanla Moldova arasında yeni sazişi ratifikasiya etdi

Milli Məclis Azərbaycanla Moldova arasında yeni sazişi ratifikasiya etdi

Milli Məclis Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

"Cebheinfo.az"