MSK seçici siyahılarını tərtib edir

MSK seçici siyahılarını tərtib edir

Ölkə üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulur.

Report-un xəbərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sabah - mayın 26-da iclası keçiriləcək.

Qeyd edək ki, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Daha sonra isə MSK-nın müəyyən etdiyi qaydada seçici siyahıları MSK-nın (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilməlidir.

Cebhe.info