Nazir müavini: "Türk Dövlətləri Təşkilatı daha da güclü olacaq"
Türk Dövlətləri Təşkilatı (TDT) daha da güclü olacaq.
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Türkiyə KİV-inə müsahibəsində deyib.
O, TDT-nin və türk dövlətlərinin daha da güclü olacağına inamını ifadə edib.
Nazir müavininin sözlərinə görə, 15 il əvvəl imzalanan Naxçıvan sazişi tarixi və mühüm hadisədir: “Bu, türk dövlətləri üçün bir dönüş nöqtəsidir”.
E.Məmmədov TDT-yə üzv ölkələr arasında siyasi, iqtisadi və ticarət sahəsində faydalı əməkdaşlığa diqqət çəkib.
"Cebheinfo.az"