Nazir Rəşad Nəbiyev Naxçıvana səfər edib

Nazir Rəşad Nəbiyev Naxçıvana səfər edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Cebhe.info bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, ”Nümayəndə heyəti əvvəlcə Naxçıvan şəhərində ümummilli Lider Heydər Əliyevin abidəsini və adını daşıyan muzeyi ziyarət edib.

Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş keçirilib. Görüş zamanı ölkədə İKT və nəqliyyat sahələrinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə danışılıb.

Səfər çərçivəsində nümayəndə heyəti muxtar respublikadakı sahəvi qurum və şirkətlərin fəaliyyəti ilə tanış olub.”

Cebhe.info