Parlamentin iclası başladı

Parlamentin iclası başladı

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib. İclasa spiker Sahibə Qafarova sədrlik edir.

Qeyd edək ki, iclasın gündəliyində olan məsələlərin 8-i birinci, biri üçüncü oxunuşdadır. Digər bir məsələ isə bir oxunuşda müzakirə edilərək qəbul edilir.

Vilayət Muxtar
“Cebheinfo.az”