Qarabağda bələdiyyə seçkiləri keçirilməyəcək

"İşğaldan azad edilmiş ərazilərdə bələdiyyə seçkiləri baş tutmayacaq".
"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
O, Qarabağ ərazisində növbəti seçkilərlə bağlı da danışıb:
"Önümüzdəki bələdiyyə seçkiləri bütün Azərbaycan ərazisində baş tutacaq. İnanıram ki, xalqımız həmin vaxt da seçkilərdə aktivliyini nümayiş etdirəcəkdir".
"Cebheinfo.az"