Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığı alıb

Oktyabrın 10-na olan məlumata görə, Qarabağdan köçmüş 3 431 nəfər Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəis müavini Məryəm Gevorqyan belə deyib.
Gevorqyan bu statistikanı Lori vilayətində keçirilən müzakirə zamanı açıqlayıb.
O qeyd edib ki, Ermənistan vətəndaşlığı üçün ümumilikdə 5 409 nəfər müraciət edib. Bu o deməkdir ki, müraciət edənlərin 63 faizdən çoxu vətəndaşlığa qəbul prosesini artıq uğurla başa vurub.
Sentyabrın 26-na olan məlumatlarla müqayisə göstərir ki, son iki həftə ərzində müraciətlərin sayı 491, vətəndaşlıq alanların sayı isə 203 nəfər artıb.
Qeyd edək ki, əvvəllər Qarabağda yaşamış ermənilərə sadələşdirilmiş qaydada Ermənistan vətəndaşlığı verilib.
Onlar həm də Azərbaycan vətəndaşlığından imtina etdikləri üçün qondarma Dağlıq Qarabağ Respublikasının vətəndaşı pasportu ilə təmin edilib. 2023-cü ilin sentyabr-oktyabr aylarında erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edərək könüllü şəkildə Ermənistana və üçüncü ölkələrə köçüblər.
Lakin cinayətkar rejim beynəlxalq hüququn subyekti kimi tanınmadığına görə, ermənilərə “070” kodu ilə verilmiş pasportlar da dünyada qanunsuz sayılıb.
Ona görə də Qarabağdan köçən ermənilər nəinki üçüncü ölkələrə çıxış əldə etməkdə maneə ilə üzləşiblər, hətta Ermənistan belə, onların şəxsiyyət sənədlərini öz suverenliyinə zidd hesab edir.
Bu, ermənilərin humanitar və maddi yardım almasına da çətinlik yaradır.
Qeyd edilən səbəbdən, Qarabağdan köçən ermənilər yalnız Ermənistan vətəndaşlığı aldıqdan sonra üçüncü ölkələrə çıxış imkanı əldə edə bilir. Yəni Ermənistan vətəndaşlığı almaq üçün müraciət edən ermənilərin sayının artması bununla bağlıdır.
Məryəm Gevorqyanın açıqlaması Qarabağdan Ermənistana guya 100 min erməninin köçməsi barədə rəqəmlərin yalan olduğunu bir daha təsdiq edir.
Qeyd edək ki, Qarabağdan Ermənistan vasitəsilə başqa ölkələrə köçmüş ermənilərin sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir. Ermənistan hökuməti ümumlikdə 2023-cü ilin sentyabr ayından sonra Qarabağı tərk etmiş erməni əhalinin sayını “qaçqın” adı ilə şişirtməklə xaricdən maliyyə yardımları almağa çalışır.
Lakin Ermənistan Nazirlər Kabinetinbin yaydığı rəsmi məlumatlar bu göstəriciləri təkzib edir. Belə ki, 2024-ci il martın 18-ə olan rəsmi statistikada qeyd edilir ki, Qarabağ qeydiyyatında olan 13 619 nəfər erməni Ermənistanı tərk edib ki, onların da 7 825 nəfəri geri qayıtmayıb.
Yəni pasport kodu ilə əlaqədar xaricdə yaşayış hüququ ala bilməyən ermənilərin ümumi sayı 5 794 nəfər təşkil edib. Bu isə Ermənistan vətəndaşlığı üçün son vaxtlar müraciət edənlərin 94 faizinə bərabərdir.
Deməli, 5 409 nəfər əsasən pasport kodu ilə və vətəndaşlıq problemi ilə əlaqədar geri qaytarıplanlardır. Hətta ermənilərin Qarabağa qayatarılmasının vacibliyindən danışan ölkələr belə, onları “qaçqın” kimi tanımayıb.
Qarabağdan köçmüş ermənilərin məqsədi Ermənistan vətəndaşlığını aldıqdan sonra üçüncü ölkələrə üz tutmaqdır.
Ermənistan Daxili İşlər Nazirliyinin oktyabrın 10-a olan məlumatı vətəndaşlıq üçün müraciət edənlərin 63 faizinin, yəni böyük əksəriyyətinin Azərbaycan ərazisində yaşamaqdan könüllü imtina etmiş ermənilər olduğunu göstərir.
Deməli, ümumi hesabla Ermənistana könüllü köçmüş ermənilərin sayının 15-20 min nəfərdən artıq olması barədə rəsmi məlumat yoxdur.
Ermənilərin əsasən, Rusiya, Almaniya, Fransa və ABŞ-a köçməyə üstünlük verdiyi bildirilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”