Rusiya və ABŞ bu məsələlərdə razılığa gəldi

Rusiya və ABŞ bu məsələlərdə razılığa gəldi

Kreml Rusiya və ABŞ ekspert qruplarının görüşünün əsas nəticələrini açıqlayıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Rusiya və ABŞ Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsini təmin etmək barədə razılığa gəlib. Lakin Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsinə dair razılaşma “Rosselxozbank”a qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra qüvvəyə minməlidir.

“ABŞ razılaşmalara uyğun olaraq, Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına ixracına çıxışın bərpasında vasitəçilik edəcək. Həmçinin ABŞ müqavilələrə əsasən, dəniz nəqliyyatı üçün sığorta xərclərinin azaldılmasına və limanlara çıxış imkanlarının genişləndirilməsinə kömək edəcək”, - açıqlamada vurğulanıb.

Məlumata görə, eyni zamanda ölkələr davamlı sülhə nail olmaq istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.

“Rusiya və ABŞ Ukrayna ilə bağlı enerji obyektlərinə hücumların qadağan edilməsinə dair müqavilələrin uzadılma ehtimalı ilə hazırlanması barədə razılığa gəliblər”, - Kremldən bildirilib.

Qeyd edək ki, ötən gün Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyadda qapalı görüşləri keçirilib.

"Cebheinfo.az"