Sərhəddə görüş: Azərbaycan və Ermənistan bu məsələlərdə razılığa gəldi

Sərhəddə görüş: Azərbaycan və Ermənistan bu məsələlərdə razılığa gəldi

Noyabrın 30-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının beşinci iclası keçirilib. 

Görüş Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə olub.

Cebhe.info xəbər verir ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

XİN-in məlumatına görə, Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyası ilə Dövlət Sərhədinin Delimitasiyası üzrə Komissiya arasında görüşlərin və birgə işçi görüşlərin təşkili və keçirilməsi Qaydasının mətnini  razılaşdırıblar. 

Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işə başlamaq barədə razılığa gəliblər. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında, həmçinin komissiyaların iclaslarının intensivləşdirilməsi barədə razılıq əldə edilib.

Tərəflər, həmçinin komissiyaların növbəti iclasının tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Xəzər

Cebhe.info