Simonyan: "Ermənistanla Azərbaycan razılıq əldə etmək ərəfəsindədir"

Simonyan: "Ermənistanla Azərbaycan razılıq əldə etmək ərəfəsindədir"

Ermənistan parlamentinin spikeri bildirib ki, İrəvan bu gün də Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edən Alen Simonyan qeyd edib ki, Ermənistan və Azərbaycan razılıq əldə etmək ərəfəsindədir.

“Sülhün bərqərar olmasının vaxtıdır” deyən Simonyan Azərbaycanı fürsəti reallığa çevirməyə çağırıb.

Ermənistan hakimiyyəti əvvəllər də Azərbaycana sülh müqaviləsi layihəsinin razılaşdırılmış 16 bəndindən 13-nü imzalamağı, sonra isə qalan üç bənd üzrə razılığa gəlməyi təklif edib.

Rəsmi Bakı isə öz şərtlərini dəfələrlə bəyan edib. Azərbaycan tərəfi bildirib ki, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarına tam şəkildə son qoyulmalı, yalnız ondan sonra sülh müqaviləsi imzalanmalıdır.

"Cebheinfo.az"