Yenidən Rifah Partiyasından 20 Yanvar paylaşımı

Türkiyənin Yenidən Rifah Partiyası da 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.
"Cebheinfo.az" xəbər verir ki, partiyanın "X" hesabında xalqımıza başsağlığı verilib:
"20 Yanvar 1990-cı ildə (Qara Yanvar) Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhramanları rəhmətlə anırıq".
Elmir Mustafa
"Cebheinfo.az"