Agentliyin sədrinə 7-ci müşavir təyin edildi
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinə yeni müşavir təyin edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifəyə Nahid Nəsirov gətirilib.
Nahid Nəsirov "İnnab” təlim mərkəzinin təsisçisidir.
Bununla da Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşavirlərinin sayı 7-ə çatıb.
Xatırladaq ki, Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyevdir. O, bu vəzifəyə may ayında gətirilib.
"Cebheinfo.az"