Atıcılıq idman növü üzrə Qazax rayon turnirini keçiriləcək
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi “Vətən üçün Hazır Ol” adlı layihəsinin icrası davam etdirir.
Layihə çərçivəsində sentyabrın 29-da Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası Atıcılıq idman növü üzrə Qazax rayon turnirini keçirəcək.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi Sərhədyanı Qazax rayonunda olan gənclərin hərbi xidmətə hazırlanmasında kütləviliyə nail olmaq məqsədi ilə tədbirlərin və idman yarışlarının keçirilməsi, həmçinin Atıcılıq və Mini futbol və bu tədbirlərdə qazilər, veteranlarla görüşün təşkilidir.
Onların vətənpərvərlik hisslərinin aşılanması, gənclər arasında hərbi xidməti sevdirilməsi, vətənə və dövlətə bağlılığın artırılması, milli dəyərlərə rəğbətin yüksəlməsi, pis vərdişlərdən uzaqlaşmaları, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, gənclərin bədən tərbiyəsi və idmana yönəlmələrinə xidmət göstərməsidir.
Qeyd edək ki, tədbirlərdə gənclərin hərbi xidmətə hazırlanmasında kütləviliyə nail olmaq əsas məqsədlərdən biridir. Turnirdə iştirak etmək istəyən gənclər [email protected] emailinə müraciət edə bilər.
Cebhe.info