Azərbaycanda peyvəndlənmə nə vaxt başlayacaq? – RƏSMİ

Azərbaycanda peyvəndlənmə nə vaxt başlayacaq? – RƏSMİ

Son günlər ölkənin bir neçə bölgəsində qızılca xəstəliyinə yoluxanların sayında artım müşahidə olunur.

Artıq qızılcadan ölüm halları da baş verib.

Yoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır.

Qızılca virusunun səbəb olduğu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir. 

Bu yoluxucu xəstəlik tənəffüs damcıları ilə yayılır və insanların sıx olduğu yerlərdə asanlıqla ötürülür. 

Qızılca xəstəliyinin əlamətlərini və profilaktik tədbirlərin əhəmiyyətini anlamaq uşaqların rifahının qorunmasında vacibdir.

Bəs Azərbaycanda peyvəndlənmə nə vaxt başlayacaq, necə olacaq?

Bu barədə danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Cebhe.info-ya bildirib ki, hazırda nazirlik uşaqların peyvəndlənməsi ilə bağlı əhaliyə artıq çağırış edib:

“Ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edəcək. Belə ki, böyüklərin peyvəndlənməsi prosesi haqqında yaxın zamanda əlavə məlumat veriləcək". 

Ləman İsmayıl
Cebhe.info