“Azərbaycanın xarici əlaqələri-ABŞ” adlı kitab nəşr olunub

“Azərbaycanın xarici əlaqələri-ABŞ” adlı kitab nəşr olunub

“Tarixi Araşdırmalar” ictimai birliyi tərəfindən “Azərbaycanın xarici əlaqələri-ABŞ” adlı kitab çap olunub.

Birliyin sədri Bahar Məmmədova QHT.az-a bildirib ki, sözü gedən kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə çərçivəsində hazırlanıb.

Qeyd edək ki, kitabda tarix boyu Azərbaycanın ABŞ ilə diplomatik, iqtisadi və mədəni qarşılıqlı əlaqələrinə toxunulub. Burada Azərbaycanın müstəqillik əldə etdikdən sonra ABŞ-la necə daha sıx əlaqələrə girdiyi də vurğulanıb. Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin tarixini və bu əlaqələrin necə inkişaf etdiyini ətraflı əhatə edib. Kitab Azərbaycanın xarici əlaqələri ilə bağlı mühüm mənbə olacaq və Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin dərindən dərk edilməsinə töhfə verəcək. Bu kitab həm akademik tədqiqatçılar, həm də ümumi oxucular üçün maraqlı və məlumatlandırıcı olacaqdır.

Cebhe.info