Bahalı qəbirlər tarixə qovuşur: “Buna əməl etməyən insanların...”

Bahalı qəbirlər tarixə qovuşur: “Buna əməl etməyən insanların...”

Kimliyindən asılı olmayaraq, hər kəsin qəbri eyni formada və vahid qiymətdə olacaq.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Millət vəkilinin sözlərinə görə, qəbirlərin vahid qiymətlərinin olması mövzusu da hazırda müzakirə olunur. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq.

Maraqlıdır, bununla razılaşmayanlara qarşı hansı tədbir görülə bilər?

Milli Məclisin deputatı Ceyhun Məmmədov "Cebhe.info"-ya açıqlamasında deyib ki, bu sahədə bir tənzimlənməyə həqiqətən ciddi ehtiyac var:

"Getdikcə həm yas, həm toy mərasimlərində həddən artıq israfçılığa yol verilir. Qəbirlərin düzəldilməsinə də böyük məbləğ vəsaitlər sərf olunur. Xüsusilə dəbdəbəli böyük qəbirlərə artıq vəsait xərclənir. Ona görə də tənzimləməyə ehtiyac var. 

Təəssüf ki, bu proses şüurlu getmir, ona görə məcburuq ki, bunu edək. Buna əməl etməyən insanların cəzalandırılması ilə də bağlı nəsə düşünə bilərik. Dünyanın bir sıra ölkələrində artıq bunu edirlər. Həmçinin, standart qəbirlər olmalıdır".

Naibə
"Cebhe.info"