Bakı-Ağstafa marşrutuna əlavə qatar təyin edildi - CƏDVƏL

Bakı-Ağstafa marşrutuna əlavə qatar təyin edildi - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.

"Cebhe.info" ADY-yə istinadən xəbər verir ki, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlarımız da hər həftəsonu xidmətinizdədir.

Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.

"Cebhe.info"