Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı nə qədər olacaq? - RƏSMİ + CƏDVƏL

Bakı-Sumqayıt avtobuslarında gedişhaqqı nə qədər olacaq? - RƏSMİ + CƏDVƏL

Tarif (qiymət) Şurasının bu gün təsdiq etdiyi qərarla Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik olacaq.

Bununla bağlı Tarif (qiymət) Şurasında məlumat verilib.

Bildirilib ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq olunan tarif əlavə ediləcək.

Müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri üzrə cədvəli təqdim edirik:

Qeyd edək ki, qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 40 qəpik olacaq.

Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3 qəpik təsdiq edilib.

Bu Qərar 2023-cü il 3 fevral tarixindən qüvvəyə minir.

Cebhe.info