Buz bağlamış Bakı-Şamaxı yolunda son vəziyyət - VİDEO
Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində yaranmış çətinliklə bağlı əraziyə Yol Patrul Xidmətinin və digər aidiyyəti qurumun əməkdaşları cəlb olunublar.
"Meteoroloji şəraiti nəzərə alaraq bir daha sürücülərə tövsiyə olunur ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına diqqət yetirsinlər, sürət həddini hava şəraitinə uyğun seçsinlər", - deyə məlumatda qeyd olunub.
https://t.me/oxuaze/117269?single
"Cebheinfo.az"