“Cebhe.info” yazdı:"Music Gallery" reaksiya verdi

“Cebhe.info” yazdı:"Music Gallery" reaksiya verdi

Xəbər verdiyimiz kimi, redaksiyamıza “Music Gallery” mağazalar şəbəkəsi ilə bağlı şikayət daxil olub.

Şikayətçi Vaqif Qulusoylu "Cebhe.info"-ya bildirib ki, “Music Gallery” mağazalar şəbəkəsi onu aldadıb:  

"Belə ki, martın 17-də “Music Gallery Baku” mağazasından elektrikli skuter aldım. 

Bildirim ki, işimlə bağlı 15 gün evdə oluram. Günümün qalan hissəsini xaricdə təhsil alan oğluma maddi dəstək məqsədilə kuryer kimi işləməyə qərar verdim. Elektrikli skuter almağa yaxınlaşanda “Music Gallery Baku” mağazasının satıcıları mənə ən məsləhətlisini tövsiyə etdiklərini bildirdilər. Mən elektrikli skuteri kreditlə 1000 manata aldım. 

Skuteri bir neçə gün işlətdikdən sonra onun gücünün azlığını, kuryer fəaliyyəti üçün yararsız olduğu müəyyən etdim”. 

“Music Gallery” mağazalar şəbəkəsindən Vaqif Qulusoylunun şikayəti ilə bağlı "Cebhe.info"- ya bildirib ki, o, 100 manat təzminatı ödəmədiyi üçün kredit adından silinməyib. Vaqif Qulusoylu isə 100 manatı ödədiyini, lakin ona ödənişlə heç bir qəbz verilmədiyini bildirir. Hazırda məsələ "Music Gallery" tərəfindən araşdırılır. Mövzunu diqqətdə saxlayacayıq. 

Ləman İsmayıl 
"Cebhe.info"