Fermer qadınların Mərkəzi Asiya Forumu: Azərbaycan nümayəndəsi spiker olub - FOTOLAR
Daşkənddə Mərkəzi Asiya regionunda fəaliyyət göstərən fermer qadınların forumu keçirilib.
Özbəkistan, Qırğızıstan, Azərbaycan, Qazaxıstan və Tacikistan qadın fremerlərinin qatıldığı bu tədbirin məqsədi fermer təsərrüfatlarının inkişafına dair innovasiyalarla tanış olmaq, ən yaxşı təcrübələrin təbliği və peşəkar şəbəkələşmə olub. Özbəkistanda 30 ildən bəri fəaliyyət göstərən “Tadbirkor Ayol” Beynəlxalq Qadın Sahibkarlar Assosiasiyası tədbirə ev sahibliyi edib.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının Sədri Gülbəniz Qənbərova Forumda spiker qismində iştirak edib. “Azərbaycanda Smart Qadınlar Smart İcmalar Yaradır” adlı təqdimatla çıxış edən Assosiasiya Sədri 2021-ci ildə başladılan və hələ də davam edən “Kənd Qadınlarının Rəqəmsal Gücləndirilməsi” Kampaniyası barədə məlumat verib, rəqəmsal bacarıqların fermer qadınların fəaliyyətinə göstərdiyi təsir və köklü dəyişikliklər barədə Forum iştirakçılarını məlumatlandırıb.
Panel müzakirələri zamanı fermer təsərrüfatlarında sudan səmərəli istifadə, iqlim dəyişiklikləri fonunda resursların mühafizə olunması, torpaqların deqradasiyası ilə bağlı fermer qadınların mübarizəsi və s. kimi məslələr önə çəkiılib.
“Cebheinfo.az”