FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirib - FOTOLAR

FHN Bakı Televiziya Qülləsinin ərazisində təlim keçirib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Dövlət Yanğın Nəzarəti Xidmətinin iştirakı ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə Fövqəladə Hallar Nazirliyinin 10 ədəd texnikası və 60 nəfərdən çox şəxsi heyəti cəlb olunub.

***

12.12

Bu gün saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Bakı Televiziya Qülləsinin ərazisində “Baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçiriləcək.

Bu barədə FHN-dən məlumat verilib.

Məlumata görə, təlimə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulub.

Cebhe.info