Forma geyinməyən şagird məktəbə buraxılmayacaq?

Forma geyinməyən şagird məktəbə buraxılmayacaq?

Yeni tədris ilinin başlanmasına 1 ay zaman qalıb. 

Hazırda Bakı Tikiş Evinin (BTE) mağazalarında və digər satış obyektlərində məktəbli formalarının satışı aparılır. 

Məktəbli formalarının satış qiyməti isə hər bir valideynin cibinə təəssüf ki uyğun deyil. Belə olan halda sosial təminatı aşağı olan valideynlər övladı üçün məktəbli forması ala bilmir.

Maraqlıdır, şagirdib məktəbli forma geyinmədikləri təqdirdə məktəbdən, dərsdən uzaqlaşdırılır, yoxsa bunun üçün cəza yoxdur? 

Təhsil eksperti Kamran Əsədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, buna görə cəza yoxdur: 

"2011-ci ildə orta ümumtəhsil məktəblərinin, 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul edilib. Bu qanunun əsas təblərindən biri orta ümumtəhsil məktəblərində məktəbli formalarından mütləq qaydada istifadə etməkdir. Bundan əlavə, 2011-ci ildə orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi qəbul edilib. Bu nizamnamənin tələblərinə uyğun olaraq məktəbli formaları məcburidir. 

Lakin qanunda bununla bağlı cəza nəzərdə tutulmayıb. Sadəcə mütləqiyyət göstərilib və adlarını qeyd etdiyimiz qanunlar əsasında nizamlanır". 

Xatırladaq ki, ötən il orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Hər bir orta məktəb tərəfindən məktəbli geyimləri artıq müəyyənləşib və satışa çıxarılıb. 

Belə ki, həm qış, həm də yay köynəklərinin qiyməti 15 manat, şalvar və ətəklər 25, jaketlər isə 30 manat nəzərdə tutulub. Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bu ilki qiymətlərdə hər hansı artımın olmayacağını bildirib. 

Naibə 
"Cebheinnfo.az"