Gənclər arasında maarifləndirici təlimlər keçiriləcək
“Azad Həmfikirlər” Gənclərin Maariflndirilməsi İctimai Birliyi Ucar, Zərdab, Qəbələ rayonlarında “Erkən nikahla bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihəsi çərçivəsində gənclər arasında maarifləndirici təlimlər keçirəcəkdir.
Birlikdən QHT.az- a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə təşkil olunur. Məqsəd, layihə çərçivəsində bölgələrdə yaşayan aztəminatlı ailələrdə olan gənc qızların erkən nikaha daxil olmasına qarşı təbliğatın aparılmasını özündə cəmləşdirən maarifləndirmə işinin təşkilini nəzərdə tutur.
Qeyd edək ki, layihəyə görə problemin nisbətən təhsilsiz insanlara çatdırıması üçün real və vizual üsullardan istifadə etməklə problemin mahiyətini anlatmaq və fəsadlarını izah etməkdir.
Cebhe.info