Havalar soyudu: Hansı ərazilərə istilik verildi? – RƏSMİ

Havalar soyudu: Hansı ərazilərə istilik verildi? – RƏSMİ

Qış fəslinin ölkəmizə gəlməsinə müəyyən müddət qalmasına baxmayaraq, artıq soyuq hava şəraiti müşahidə edilir.

Xüsusilə də bir sıra bölgələrdə artıq qar yağıb. Soyuq hava şəraitində isə tələb olunan əsas amillərdən biri yaşayış evlərinin, obyektlərin istiliklə təminatıdır. 

Maraqlıdır, hazırda ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanılıb?

Məsələ ilə bağlı “Azəristiliktəchizat”ASC-nin mətbuat xidmətinin rəhbəri Elvin Basqallı “Cebheinfo.az”-a bildirib ki, artıq noyabrın 1-dən etibarən Şuşa, Quba, Qəbələ, Qusar, Lerik, Xaçmaz, Siyəzən, Şabran, Şamaxıda qurumun balansında olan 39 qazanxana və bir istilik məntəqəsi fəaliyətə başlayıb:

“Yəni, noyabrın 1-dən etibarən bu sözügedən dağlıq və dağətəyi rayon və şəhərlərdə istilik təchizatı mövsümü başlayıb. Həm yaşayış binaları, həm də qeyri-yaşayış obyektləri istiliklə təmin edilib. Bakıda isə mərkəzi istiliklə təminata noyabrın 15-də başlanacaq”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”