Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib - VİDEO

Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.

Cebhe.info bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib. Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.

Xatırladaq ki, iyulun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.

Cebhe.info