ING neftin qiyməti üzrə proqnozunu endirib

ING neftin qiyməti üzrə proqnozunu endirib

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" "ING Group"un iyul ayı üzrə proqnozuna istinadən xəbər verir.

"ING Group"in proqnozuna əsasən, 2024-cü il üzrə "Brent" markalı neftin orta qiyməti 84 dollara (öncəki proqnoz – 85 dollar), 2025-ci ildə isə 79 dollar (öncəki proqnoz – 80 dollar) təşkil edəcək.

Bundan başqa "ING Group" “Brent”in 2026-cı ildə qiymətinin 75 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, "ING Group" hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.

"Cebheinfo.az"