“İnternational” BOKT 6 milyon manat borc cəlb edir

“İnternational” BOKT 6 milyon manat borc cəlb edir

“İnternational” bank olmayan kredit təşkilatı (BOKT) hər birinin nominal dəyəri 1000 manat olan 6 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz emisiya edir.

Cebhe.info xəbər verir ki, tədavül müddəti 60 ay olan istiqrazlar üzrә illik faiz dәrәcәsi 18% tәşkil edir.

Qeyd edək ki, tədavül müddəti ərzində istiqrazların geri satın alınması nəzərdə tutulmur.

BOKT “İnternational” ASC-nin nizamnamə kapitalının 100%-i 1 fiziki şəxsə Həsənov Rifat Vaqif oğluna məxsusdur.

Cebhe.info