Kəmalə Ağazadə məhkəməyə verilib? 

Kəmalə Ağazadə məhkəməyə verilib? 

Bir müddət əvvəl “Sevgi” uşaq sığınacağında saxlanılan körpəyə əziyyət edildiyi, döyüldüyü barədə məlumat yayılıb.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə körpənin videosunu yayaraq hər gün onlarla sosial şəbəkə istifadəçisinin “Sevgi” uşaq sığınacağında uşaqlara, xüsusən də "Totu" ləqəbli uşağa qarşı mənfi davranışların olduğu barədə ona məlumat verildiyini deyib. Bundan sonra Sevgi" uşaq sığınacağının təşkilatçısı Könül Qasımova və Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə arasında qalmaqal yaşanıb. Könül Qasımova Kəmalə Ağazadə haqqında məhkəməyə müraciət edəcəyini açıqlayıb.

Cebhe.info-ya açıqlamasında Kəmalə Ağazadə bildirib ki, məsələ istər Daxili İşlər Nazirliyi, istər digər aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb:

"Yəqin ki, nəsə bir nəticəsi olacaq. Bu barədə ictimaiyyətə məlumat veriləcək".

Sədr qarşı tərəfin canlı yayım açaraq onun şərəf və ləyaqətimin alçaldılması ilə bağlı ayrıca materialların hazırlandığını açıqlayıb:

"Bununla bağlı hazırda materiallar toplanır. Əgər mənim haqqımda hansısa addım atılarsa, yəni məhkəməyə verilsəm, gedərik, qanun nə tələb edirsə, cavab verərik. Yəqin ki, qarşı tərəf də mənim barəmdə məlumat toplayır. O uşağın valideyninin şəraiti, davranışı araşdırılıb, bütün materiallar bir araya gətirilib, aidiyyəti qurumlar tərəfindən birgə qərar çıxarılaraq məhkəmə qaydasında valideynin hüquqlarının məhdudlaşdırılması mümkündür. Bu ehtimalı var. Uşaq oyuncaq deyil, hansısa müəssisənin də deyil. Bu uşaq dövlətindir".

Aylin
Cebhe.info