Laçın-Xankəndi yolunda aksiya gecə də davam edir - FOTOLAR - YENİLƏNİB

Laçın-Xankəndi yolunda aksiya gecə də davam edir - FOTOLAR - YENİLƏNİB

Laçın-Xankəndi yolundakı aksiya gecə saatlarında da davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya iştirakçıları yolun hər iki istiqamətində plakat qaldırıb, şüarlar səsləndirirlər. İctimai fəallar, tələblərinə müsbət cavab alacaqları günədək etirazlarını davam etdirəcəklərini deyiblər.

***

09.53

Laçın-Xankəndi yolundakı aksiya 104 gündür davam edir.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnini səsləndirməklə başlayıblar.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Cebhe.info