“LAF TV” “YouTube” kanalı bərpa olundu

“LAF TV” “YouTube” kanalı bərpa olundu

Hazırda 254 min abunəçisi olan “LAF TV” “YouTube” kanalı fəaliyyətini bərpa edib.

Bu barədə “Cebhe.info”-ya Əməkdar jurnalist Afət Telmanqızı məlumat verib.

Xatırladaq ki, aprelin 30-da “LAF TV” “YouTube” kanalına kiberhücum olmuşdu. Bu barədə feysbuk səhifəsində kanalın təsisçiləri əməkdar jurnalistlər Afət Telmanqızı və Ləman Ələşrəfqızı tərəfindən məlumat yayılmışdır.

“LAF TV” “YouTube” kanalı ələ keçdikdən sonra isə orada olan videolar silinmişdi. Daha sonra mütəxəssislər “LAF TV” “YouTube” kanalının geri qaytarılması istiqamətində işlərə başlayıb.

Bildirək ki, “LAF TV” 8 saat canlı yayımlanır, tamaşaçılara ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim edir.

Analoq televiziya formatında fəaliyyət göstərən “LAF TV” Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

“Cebhe.info”