Leysan nə vaxtadək davam edəcək?

Leysan nə vaxtadək davam edəcək?

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında  yağıntılı hava şəraiti davam edir. 

Dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

Bunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

O qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir. 

"Cebheinfo.az"