Məktəblərdə qızılca qorxusu: Valideynlər şagirdləri dərsə göndərmir 

Məktəblərdə qızılca qorxusu: Valideynlər şagirdləri dərsə göndərmir 

Ölkədə qızılcaya yoluxma hadisəsi getdikcə daha geniş miqyas alır.

Belə ki, son günlər nəinki məktəbyaşlı şagirdlər, ali təhsil müəssisələrinin tələbələri də bu xəstəliyə yoluxublar. Hazırda bəzi məktəblərdə qızılcaya yoluxma hadisəsi qeydə alınsa da, hələ ki, heç bir məktəbdə tədris dayandırılmayıb.

Ancaq buna baxmayaraq, bəzi məktəblərdə şagirdlərin dərsə davamiyyətində azalma müşahidə edilir. Belə ki, övladlarının qızılcaya yoluxma təhlükəsini düşünən valideynlər onları məktəbə getməsini istəmirlər.
 
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda qapanmaya getmək planlaşdırılmır. 

Bəs məktəblərdə davamiyyətin pozulması nəzarətə götürülübmü? 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Cebhe.info-ya bildirib ki, məktəblərdə davamiyyətə əməl etməyənlərin məsuliyyəti var:

“Əgər xəstədirsə, o başqa məsələdir. Ancaq digər səbəb varsa, ona baxmaq lazımdır ki, məsələ nədir. Davamiyyət harada pozulursa, məktəb rəhbəri bu barədə qərarını verməlidir”. 

Nigar 
Cebhe.info