Məşhur həkim antibiotiklərlə bağlı mifi darmadağın etdi

Məşhur həkim antibiotiklərlə bağlı mifi darmadağın etdi

“Antibiotik terapiyası kursu zamanı probiyotik qəbul etməyin lazım olduğuna dair deyilənlər mifdən başqa bir şey deyil”. 

“Cebhe.info” xəbər verir ki, bunu “SberZdorovye” tibb şirkətinin terapevti Mariya Mezenova deyib. 

Həkim “Lenta.ru” ilə söhbətində antibiotik müalicəsi ilə bağlı bu və bəzi digər məşhur, amma yanlış fikirləri darmadağın edib.

Həkim xəbərdarlıq edib ki, antibiotiklərin bütövlükdə qəbul edilməli olduğu inancının əksinə olaraq, əgər dərman düzgün seçilməyibsə, başlanan müalicə dayandırılmalıdır:

“Antibiotiklərin təyin edilməsi üçün heç bir əlamət yoxdursa, bunu etmək olmaz. 

Bununla belə, bu dərmanlarla müalicəyə hələ də ehtiyac varsa, yəni  bakterial infeksiya varsa, dərman qəbulunun natamam kursu xəstəliyin residivinə səbəb ola bilər”.

Terapevtin dağıtdığı başqa bir mif antibiotik müalicəsi zamanı probiyotiklərin məcburi qəbulu ilə bağlıdır. O izah edib ki, bütün xəstələrə bağırsaq mikroflorasını bərpa etmək üçün dərman lazım deyil:

“Onların qəbulunun məqsədəuyğunluğu və bu cür terapiyanın növü də həkiminizlə müzakirə edilmək tövsiyə olunur.

Bəzi nadir hallarda, antibiotik istifadəsi ilə əlaqəli ishal kimi probiyotiklərin istifadəsi zəruridir. Ümumiyyətlə, antibiotik kursu ilə birlikdə probiotiklərin qəbulu rasional hesab edilmir. Əksər hallarda, əhəmiyyətli xroniki xəstəliklər olmadıqda, antibakterial dərmanların istifadəsi orqanizm üçün ciddi nəticələrə səbəb olmur”. 

Həkim deyib ki, yanlış seçilmiş dərman xoşagəlməz nəticələrə səbəb ola bilər:

“Bu zaman insan yalnız infeksiyadan sağalmayacaq, həm də onun fəsadları ilə qarşılaşacaq. Bundan əlavə, antibiotiklərin nəzarətsiz istifadəsi müəyyən bakteriyaları onların təsirinə qarşı davamlı edə bilər”.

Xəzər
“Cebhe.info”