Məşhur psixoloqdan qalmaqallı sözlər: "Kişilər Rusiyaya pul qazanmağa gedəndə arvadları..." 

Məşhur psixoloqdan qalmaqallı sözlər: "Kişilər Rusiyaya pul qazanmağa gedəndə arvadları..." 

"Bu ilin 11 ayında məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 435 müraciət daxil olub".

Bunu Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən illərlə müqayisədə müraciətlərin sayında artım var:

"Ona görə də düşünürəm ki, məişət zorakılığına məruz qalanlar üçün dəstək proqramlarının hazırlanmasına ehtiyac var. Ötən il Dövlət Komitəsi Sosial Xidmətlər Agentliyi ilə birgə sosial xidmət müəssisələrində monitorinq aparıb və bir sıra boşluqlar aşkarlanıb".

Son illər ailələrdə məişət zorakılıq hallarını artmasının səbəbləri nələrdir?

Cebhe.info-ya açıqlamasında psixologiya üzrə dosent, elmlər namizədi Edison Quliyev bildirib ki, ailədaxili münasibətlərin korlanmasına səbəb sosial durumun ağır olması, ailədaxili ünsiyyətin normal olmaması, ailə qurularkən psixoloji müayinəni keçirilməməsidir:

"İnsanları ailə həyatına hazırlamaq lazımdır. Burada psixoloji müayinələrin çox əhəmiyyəti var. Bu, əsas amillərdən biridir. Ailənin psixoloji hazırlığı o deməkdir ki, gənclər bir - biri ilə yaxından tanış olmalıdır. Bəzi yerli adətlər buna imkan vermir. Kor koranə ailə qurulanda, gənclər özlərini ailə həyatına hazırlamayanda, bu, münaqişələrə gətirib çıxarır".

Psixoloqun fikrincə, ailədaxili münasibətlərin kəskinləşməsində sosial durumun, yəni maddiyyatın aşağı olması ən əsas rollardan birini oynayır:

"Çox vaxt işsizlik kişinin ailə daxilində nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Bu, münasibətləri kəskinləşdirir. Ailənin maddi təminatının lazımı səviyyədə olmaması ailədaxili münaqişələrin yaranmasına çox böyük rol oynayır. Bunlar hamısı zorakılığa gətirib çıxarır. Ailənin tələbləri ilə imkanlar uyğun gəlmədiyindən münaqişələr yaradır. Bəzi ailələrdə isə dəyərlər zəifləyib".

Psixoloq eyni evdə bir yerdə yaşayıb, başqa həyatları olan cütlüklərdən danışarkən bunu ailə dəyərələrinin itməsi, müqəddəsliyin zəifləməsi ilə izah edib:

"Bu, mənəvi dayanaqsızlığın bir formasıdır. Mənəvi dayanıqlılıq olmayanda insanlar bu zaman gizli forma tapıb, belə yaşamaq istəyirlər. Ətrafındakı insanları aldadırlar, nəticədə bu, faicələrə qədər gətirib çıxara bilir. Mən bir şeyin şahidi oldum, metronun qarşısında ər keçmiş arvadını öldürdü. Halbuki, bunun məsələyə nə dəxli var ki? Sən boşanmısan, ayrılmısan".

Edison Quliyev bildirib ki, kişilər Rusiyaya pul qazanmağa gedən zaman arvadları cinsi təlabatlarını başqaları ilə ödəmək məcburiyyətində qalırlar:

"Kişilər arvadlarını qoyub Rusiyaya pul qazanmağa gedirlər. Arvad da burada başsız qalır. Nəzərə almaq lazımdır ki, qadın da insandır, onun müəyyən təlabatları var. İnsanın bilogiyası var da, elə deyilmi?! Müəyyən zonalarda bir çox qadınlar əxlaqazidd hərəkətlərə meyil edirlər. Ailənin bütövlüyü təmin olunmalıdır. Bunun üçün işsizliyin qarşısı alınmalıdır, işlə təmin olunmalıdırlar. Ailənin maddi durumu onun psixoloji durumuna ciddi təsir göstərir".

Sonda psixologiya üzrə dosent Edison Quliyev ailədə qadınların kişidən daha çox pul qazanmasını üstünlüklə deyil, mənəviyyatla əlaqələndirib:

"Kişi və qadın arasında asılılığı maddiyyatla bağlamaq düzgün deyil. Burada tərbiyənin, kişinin həyata hazırlanmasının çox böyük rolu var. Burada qadın, kişi deyil, mənəviyyat söhbəti var".

Aylin
Cebhe.info